Monoqrafiya. — Bakı: Elm və təhsil, 2023. — 211 s.: şəkil. — ISBN 9789952568349.
Bu kitab Orxun-Yenısey abidələrinin dilinin linqvokulturoloji aspektdən tədqiqinə həsr olunmuşdur.Vl-lX əsrlərdə yazılmış Orxon-Yenisey abidələri qə dim türklərin daşlaşmış tarixi, türk mədəniyyətinin və natiqlik sənətinin gözəl nümunəsi, tarixi-bioqrafik, epitafik (qəbirüstü) lirikası və xitabət nümunələridir. Türkoloji ədəbiyyatda bəzən “məzar poeziyası" və "siyasi vəsiyyət" adlandırılan Orxon-Yenisey abidələri qədim türkcənin dil xüsusiyyətlərim özündə əks etdirən türkdilli ədəbiyyatın zəmanəmizə gəlib çatmış dəyərli əsərləridir. Bu kitabda qədim türk mifologiyası, inanc sistemi, ailə-qohumluq münasibətləri, doğum və ölüm, həyat və zaman kimi anlayışlar linqvokulturologiyamn konseptləri əsasında təhlil edilmiş, onomastik leksikası isə araşdırılmış, maraqlı elmi nəticələrə gəlinmişdir.