Bakı: Elm və təhsil, 2015. — 596 səh.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmışdır. Kitabda qədim türk yazılı abidələrinin tədqiqi məsələləri, fonetikası, leksikası və qrammatikası (morfologiyası və sintaktik quruluşu) araşdırılır. Dərslikdə qədim türk yazılı abidələrindən mətnlər, seminar məşğələləri üçün material və qədim türk sözlərinin lüğəti təqdim edilmişdir.
Kitabdan ali məktəb müəllimləri, tələbələri, magistrlər, aspirant və dissertantlar, qədim türk yazı mədəniyyəti ilə maraqlananlar istifadə edə bilərlər.